İşartı MMC 03 iyun 2019-cu il tarixində təsis edilmişdir. Şirkətimiz əsasən promo, merçendayzinq, satış təmsilçiləri, anbar işçiləri və digər sahələr üzrə ixtisaslaşmış kadrların təmin olunması ilə məşğuldur.
Məqsədimiz, tərəfdaş şirkətlərin ehtiyaclarına uyğun çevik və peşəkar əməkdaş heyətini təmin edərək, onların gündəlik fəaliyyətini daha səmərəli və sistemli şəkildə təşkil etməkdir. Müştəri məmnuniyyəti və etibarlı xidmət bizim əsas prioritetlərimizdəndir.
İşartı MMC olaraq, əməkdaşlıq etdiyimiz şirkətlərə yalnız işçi təminatı deyil, eyni zamanda proseslərin optimallaşdırılması, sahə nəzarəti və performansın yüksəldilməsi istiqamətində də dəstək göstəririk. Bu yanaşma bizi bazarda fərqləndirir və uzunmüddətli tərəfdaşlıqların əsasını qoyur.